Əfqanıstanın Məzari-Şərif şəhərində məsciddə törədilən partlayış zamanı ölənlərin sayı 30-a çatıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, həkimlər xəstəxanalara azı 80 yaralının daxil olduğunu bildirib.

Hücum hədəfinin şiə müsəlmanları olduğu deyilir. 

xxx

13:17

Əfqanıstanın Məzari-Şərif şəhərində məsciddə partlayış baş verib.

"Unikal" xəbər verir ki, yerli əfqan mətbuatında verilən məlumata əsasən, partlayış nəticəsində çoxlu qurbanlar var.

Bildirilib ki, paetlayış məsciddə namaz qılınan zaman baş verib.

Ağarza Elçinoğlu