Rusiya ilə bağlı gəmilərə ABŞ limanlarına daxil olmaq qadağan ediləcək.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bəyan edib.
“Bu gün mən elan edirəm ki, Avropada olduğu kimi, ABŞ-da da Rusiya ilə bağlı gəmilərin bizim limanlarımıza girişi qadağan olunur. Bu o deməkdir ki, Rusiya bayrağı altında üzən və ya Rusiya ilə bağlı hər hansı şirkətdən qeydiyyatdan keçən gəmi bizim limanlarımıza və sahillərimizə daxil ola bilməyəcək. Heç bir rus gəmisi!”, - o qeyd edib.