Rusiya Müdafiə Nazirliyi Qara dənizdə partlayışdan sonra batan “Moskva” kreyserində bir nəfərin öldüyünü, 27 nəfərin isə itkin düşdüyünü açıqlayıb.

"Unikal" xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Rusiya donanmasının flaqmanlarından olan “Moskva” kreyserinin Ukrayna sahillərində baş verən partlayışdan sonra  itkilərlə bağlı ilk rəsmi məlumatı dərc edib.

Nazirliyin açıqlamasında 1 nəfərin həyatını itirdiyi, 27 nəfərin itkin düşdüyü qeyd edilib: “Aprelin 13-də sursat partlaması nəticəsində baş verən yanğın Moskva kreyserinə böyük ziyan vurub. Ekipajın yanğınsöndürmə səyləri nəticəsiz qalıb. Gəminin zədələnməsinin qarşısının alınması üçün aparılan mübarizədə 1 əsgər şəhid olub, 1 əsgər yaralanıb, 27 nəfər itkin düşüb. Qalan 396 ekipaj üzvü kreyserdən bölgədəki Qara dəniz donanmasının gəmilərinə təxliyə edilərək Sevastopol şəhərinə təhvil verilib".

Gülayə Mecid