İranda ötən sutka ərzində 608 nəfər koronavirusa (COVID-19) yoluxub, 22 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda bu virusdan ölənlərin sayı 140 962 nəfərə, yoluxanların sayı isə 7 215 512 nəfərə çatıb. Virus daşıyıcılarından 1 087 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 6 963 991 nəfər koronavirusdan sağalıb, 50,7 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 148 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,2 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 57,4 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 26,8 milyon təşkil edir.