Dünyanı uşaqlara verdiyimiz gün hər şeyin daha vicdanlı, mərhəmətli və sevgi dolu olacağını görəcəyik.

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramında iştirakı zamanı deyib.

Türkiyə lideri bildirib ki, belə çətin bir zamanda uşaqların qəlbindəki saf sevgiyə, onların həyatımızı gözəlləşdirən təbəssümlərinə, sevincinə, toxunuşlarına hər zamankından daha çox ehtiyacımız olduğuna inanıram.