Nigeriyada zavodda güclü partlayış olub.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, neft emalı zavodunda baş verən partlayış nəticəsində 100-ə yaxın insan ölüb.

Nigeriyanın Dövlət Neft Ehtiyatları üzrə müvəkkili Qudlak Opiah bildirib ki, yanğın qeyri-qanuni fəaliyyət göstərən zavodda baş verib və 100-ə yaxın insan tanınmaz dərəcədə yanıb.