Almaniyanın Ramşteyn Hərbi Hava Qüvvələri bazasında 40-dan çox ölkənin müdafiə nazirlərinin Ukraynaya hərbi yardıma həsr olunmuş iclası başlayıb.

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostinin sözlərinə görə, müharibə yeni mərhələyə qədəm qoyur, ona görə də tərəfdaşlar Ukraynaya özünü Rusiyanın təcavüzündən müdafiə etməkdə kömək etməlidir.

“Bu, tarixi görüşdür. Biz, 40-dan çox ölkənin nümayəndələri, Ukraynaya Rusiyanın ədalətsiz təcavüzünü aradan qaldırmağa kömək etmək üçün buradayıq”, - deyə Ostin bildirib.

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynada Təhlükəsizlik Məsləhətçi Qrupunun iclasında iştirak edir.