Rusiya prezidenti Vladimir Putin Rusiya Baş Prokurorlarının Genişləndirilmiş İclasındakı çıxışında Ukraynadakı müharibə ilə bağlı açıqlamalar verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynadakı neonasist birləşmələri və əcnəbi muzdlu döyüşçülərin beynəlxalq hüquq normalarını ən kobud şəkildə pozduğunu bildirən Putin xarici media və sosial şəbəkələrin Rusiya ordusuna qarşı “açıq təxribatları”nın hərtərəfli araşdırma tələb etdiyini bildirib.

"Avropa və ABŞ-dakı yüksək səviyyəli diplomatlar Ukraynanı döyüş meydanında qalib gəlmək üçün bütün resurslarından istifadə etməyə çağırıblar. ABŞ və Avropa tərəfdaşlarımızın çox qəribə diplomatiyası var. Hətta diplomatlar belə çağırış edirlər. Ancaq bunun qeyri-mümkün olduğu dərk edildikdə, başqa bir vəzifə ön plana çıxır; Rusiya cəmiyyətini parçalamaq, Rusiyanı daxildən dağıtmaq, amma bu da işə yaramır. Cəmiyyətimiz yetkinlik, həmrəylik nümayiş etdirir, ordumuzu dəstəkləyir”, -  deyə  Rusiya  lideri ifadə edib. 

Bütün bunlarla bağlı Putin Qərbin kəşfiyyat təşkilatlarında, o cümlədən MKİ-də Ukraynanın təhlükəsizlik orqanları ilə işləyən əməkdaşlarını soyadına qədər tanıdığını bildirib.

Gülayə Mecid