ABŞ-ın Müdafiə Nazirliyi Ukraynaya yola salınan M777 haubitsalarının yüklənmə prosesi barədə məlumat yayıb.

"Unikal" xəbər verir ki, foto və videolar Pentaqonun rəsmi "Twitter" hesabında yayılıb.

Məlumatda deyilir ki, HDQ və HHQ-nin şəxsi heyəti Ukraynaya göndərilməli olan M777 haubitsalarını təyyarəyə yükləyib. Yüklənmə prosesi Kaliforniyadakı hərbi bazada həyata keçirilib.