Bu gün axşam saatlarında Odessa və Nikolayevdə güclü partlayış səsləri eşidilib.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı UNİAN yayıb.

Bildirilir ki, Odessada bir, Nikolayevdə isə bir neçə güclü partlayış olub. Hər iki şəhərdə hava hücumu xəbərdarlığı edilib.

Qeyd edək ki, bundan əvvəl Rusiya raketlərindən biri Odessada infrastruktur obyektini vurmuşdu.