İranda ötən sutka ərzində 8 nəfər koronavirusdan (COVID-19) ölüb.

"Unikal"ın İran mətbuatına istinadən verdiyi xəbərə görə, bununla da ölkədə sözügedən virusdan ölənlərin sayı 141 224 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 368 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7 228 051 nəfərə çatıb.