Pakistanın Hayber Paxtunxva əyalətində hərbi maşın karvanına bombalı hücum təşkil edilib. Hadisə nəticəsində 3 uşaq və 3 əsgər həlak olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, kamikadzenin hücumu Əfqanıstanla həmsərhəd Şimali Vəziristan rayonunun inzibati mərkəzi Miranşah şəhərində həyata keçirilib.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.