Serbiyanın Təhsil, Elm və Texnologiyanın İnkişafı Nazirliyi paytaxt Belqradda bir çox məktəbin bombalandığını və təhsilin dayandırıldığını açıqlayıb.
"Unikal" xəbər verir ki, nazirlikdən verilən açıqlamada Belqradda 97 ibtidai məktəb və bəzi liseylərə bomba təhdidlərinin edilməsindən sonra bütün məktəblərdə təhsilin dayandırıldığı bildirilib.
Qeyd edilib ki, səhər saatlarında edilən bildirişdən sonra bütün valideynlərə məlumat mesajı göndərilib, məktəbə gələn şagirdlər evlərinə yola salınıb.
Araşdırmalardan sonra bomba təhdidlərinin saxta olduğu müəyyən edilib.
Gülayə Mecid