Belarusun Kastus Kalinovski batalyonunun rotasının komandiri Pavlo Volat Ukraynadakı müharibədə həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə batalyonun "Telegram" kanalında məlumat verilib.
"Bu gün batalyonumuz böyük itki verib. Ukrayna kəndlərinin Rusiya işğalından azad edilməsi əməliyyatı zamanı rota komandiri, taborumuzun hərbi qulluqçusu Pavlo Volat ölümcül yaralanıb. Onu ağır vəziyyətdə xəstəxanaya çatdırsalar da, komandirin həyatını xilas etmək mümkün olmayıb", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, bu, 2022-ci ilin fevralından Ukraynada rus işğalçılarına qarşı döyüşərək həlak olan altıncı belarusdur.
Xatırladaq ki, daha əvvəl Kastus Kalinovski adına Belarus batalyonu Ukrayna Silahlı Qüvvələrin tərkibinə daxil olub və Rusiyaya qarşı döyüşmək üçün and içib.
Gülayə Mecid