Tunisin daxili işlər naziri Tevfik Şərafəddinin evində qaz sızması səbəbindən partlayış olub.
"Unikal" xəbər verir ki, Tunis yerli mətbuatında yer alan xəbərə görə, daxili işlər naziri Tevfik Şərafəddinin evində qaz sızması nəticəsində baş verən partlayışda nazirin sağ-salamat xilas olduğu, həyat yoldaşının isə yaralandığı barədə məlumat paylaşılıb.
Xəbərdə nazir Şərafəddinin evində kiçik ziyanın olduğu, nazirin həyat yoldaşının isə paytaxt Tunisin Ben Arus Dövlət Xəstəxanasına aparıldığı bildirilib.