Rusiyanın Ukraynaya müdaxiləsinin 83-cü gününə girdiyi bir vaxtda NATO Rusiya sərhədi yaxınlığında təlimlərə başlayıb.
"Unikal" xəbər verir ki,Estoniyada başlayan təlimdə ABŞ və Ukrayna ilə yanaşı, NATO-ya üzv olmağa hazırlaşan Finlandiya və İsveç də daxil olmaqla 14 ölkədən minlərlə hərbçi iştirak edir.
NATO-nun Baltik regionunda indiyə qədər keçirdiyi ən böyük təlimlərdən biri olan "Kirpi 2022"də 15 minə yaxın əsgər yerləşdirilib.
Təlimdə hava, quru və dəniz qüvvələri ilə yanaşı, kiber döyüş qrupları da iştirak edir. NATO-nun açıqlamasına görə, ABŞ təlim üçün bölgəyə nəhəng desant gəmisi göndərib. Digər tərəfdən, NATO rəsmiləri Rusiya sərhədinin 60 kilometrliyində başlayan təlimin Ukraynadakı müharibədən əvvəl planlaşdırıldığını açıqlayıb.
Gülayə Mecid