Ukraynanın Təhlükəsizlik Xidməti keçmiş xalq deputatı Oleh Tsarevin qardaşını şərq vilayətlərində təxribat təşkil etmək cəhdində saxlayıb.
"Unikal" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
“Xüsusi xidmət orqanlarının məlumatına görə, keçmiş xalq xaininin qardaşı Dnepropetrovsk vilayətində təxribat fəaliyyəti təşkil etməyə cəhd edib. O, Rusiyanın tezliklə qələbə çalacağına əmin olub və bölgənin işğalını, vəd edilmiş regional dövlət administrasiyanın rəhbəri postunu tutacağını gözləyirmiş. Planları baş tutmayanda o stabilliyi pozmağa yönəlik tapşırıqlar alıb. Bura müəyyən strukturlarda partlayışlar törətmək də daxil imiş”, - deyə məlumatda bildirilir.
Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışlar zamanı silah və sursatlar, trotil bombaları, Rusiya vətəndaşının bank kartları və pasportları aşkar ediblər.
Gülayə Mecid