1975-2014-cü illər arasında 39 il İspaniya prezidenti olmuş 84 yaşlı keçmiş kral Xuan Karlos ona qarşı korrupsiya ittihamları irəli sürdükdən sonra 2020-ci ilin avqustunda ölkəni tərk edib və Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə məskunlaşıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Karlosun təxminən 2 ildən sonra müvəqqəti olaraq İspaniyaya gəldiyi bildirilib.
İspaniya kral ailəsindən verilən açıqlamada Karlosun təyyarə ilə Viqo şəhərinə eniş edib. Onun 5 gün İspaniyada qalacağı bildirilir. Karlosun ölkəyə səfəri zamanı oğlu Kral VI La Zarzuelada ilə də görüşəcək.
İspaniyaya gəlməzdən əvvəl Karlos jurnalistlərə açıqlamasında iki illik fasilədən sonra ölkəsinə qayıtmasından çox həyəcanlandığını ifadə edib.
Keçmiş kralın ölkəyə qayıtması İspaniya hökumətinin reaksiyası ilə qarşılanıb. İspaniyanın İqtisadiyyat naziri Nadia Kalvino, Xuan Karlosun İspaniyaya qayıtmasının narahatlıq doğurduğunu ifadə edərək, Karlosun ispan xalqına açıqlama verməsi lazım olduğunu bildirib.