İranda qeyri-qanuni fəaliyyətlə məşğul olan 2 nəfər Fransa vətəndaşı həbs edilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın təhlükəsizlik naziri Seyid İsmail Xətib məlumat yayıb.
Onun sözlərinə görə turist kimi İrana gəzməyə gəldiklərini söyləyən 2 nəfər fransalı ölkədə xaos yaratmaq və ictimai-siyasi sabitliyi pozmaq məqsədilə bəzi destruktiv qrupların nümayəndələri ilə görüşüblər.
Həmin şübhəli bilinərək saxlanılıb. Fransalılar ölkə qanunlarına uyğun olaraq istintaqa cəlb olunublar.
Araşdırmalar davam edir.