"Mən ilk gündən müharibədə qələbə qazanacağımıza əmin idim".
"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski andiçməsinin 3-cü illiyi ilə bağlı xanımı Yelena Zelenskaya ilə birgə müsahibəsində bildirib.
Ukrayna Prezidenti qeyd edib ki, qələbə çətin olacaq və çox qan töküləcək. O, tərəflərin tələblərindən bəhs edərək deyib:
"Biz hamısını qaytarmaq istəyirik, Rusiya isə heç nəyi geri vermək istəmir. Müharibənin sonu diplomatik olacaq".
Volodimir Zelenski qeyd edib ki, ukraynalılara hörmətinin dəyişməməsindən daha çox qürur duyur:
"Mən insanlarımıza inanmışam. Bu müharibə başlıcası bütün dünyaya sübut etdi ki, bizim belə insanlarımız var".