İyunun 14-dən "Flyone Armenia" İrəvan-Antalya-İrəvan marşrutu üzrə birbaşa qeyri-müntəzəm reyslərə başlayır.
"Unikal" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə aviadaşıyıcının yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək. Biletlərin qiyməti 110 avrodan başlayır.
Qeyd edək ki, aviaşirkət İrəvan-İstanbul-İrəvan reyslərini yerinə yetirməkdə davam edir. Bundan əvvəl Türkiyənin aviasiya rəsmiləri "Flyone Armenia"nın Avropa ölkələrinə uçuşlar üçün onun hava məkanını keçməsinə icazə verməmişdi. Nəticədə iyunun 10-dək İrəvan-Lion-İrəvan və İrəvan-Paris-İrəvan marşrutları üzrə uçuşlar təxirə salınıb.