Küveyt təhlükəsizlik qüvvələri ölkənin ərazi sularında dizel qaçaqmalçılığı ilə məşğul olan 8 iranlı dənizçini yaxalayıb.
"Unikal" xəbər verir ki,Küveytin “Əl-Kabes” qəzetinin məlumatına görə, sahil mühafizə qruplarının Küveytin ərazi sularında 240 ton dizellə dolu gəmini ələ keçirdiyi, göyərtəsində olan 8 iranlı dənizçinin nəzarətə alındığı bildirilib.
Bildirilir ki, əsir götürülən iranlı dənizçilər qonşu Körfəz ölkələrindən birinə satmaq üçün Küveytdən dizel qaçaqmalçılığı keçirdiklərini etiraf ediblər və onlar prokurorluğa müraciət ediblər.