Avstriyada bir qrup anarxist Ukraynadakı müharibəyə və rusiyalı oliqarxlara etiraz olaraq VEB.RF-nin rəhbəri, Rusiya prezidentinin dostu adlandırılan Rusiya baş nazirinin keçmiş müavini İqor Şuvalovun mülkünü zəbt ediblər.
"Unikal" xəbər verir ki, fəallar Ukraynadakı müharibəni pisləyib və Şuvalovun əmlakını müsadirə etməyə çağırıblar:
“Biz evin qaçqınlar, fərarilər və evsizlər üçün evə çevrilməsini və Atterseenin özəlləşdirilməsinin dayandırılmasını tələb edirik”.
Məlumata görə, villa boş olub. Fəallar villanın üzərinə plakatlar asaraq, Rusiyanı müharibəni dayandırmağı tələb ediblər.
.