Avropa Komissiyasının sədri Ursula fon der Leyen Dünya İqtisadi Forumunun (WEF) xüsusi sessiyasında çıxış edib.
"Unikal" xəbər verir ki, o, çıxışında Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib.
"Ukrayna bu müharibədə qalib gəlməlidir və Putinin təcavüzü strateji uğursuzluğa çevrilməlidir. Bu, təkcə Ukraynanın sağ qalması məsələsi deyil. Bu, bizim bütün beynəlxalq nizamımız üzərində sual işarəsi yaradır. Ona görə də Rusiyanın təcavüzünə qarşı çıxmaq bütün dünya ictimaiyyətinin borcudur",- deyə Leyen bildirib.