Aİ Şurası Ukraynaya hərbi yardımı daha 500 milyon avro artırmaq qərarına gəlib və bununla da Avropa Sülh Fondu çərçivəsində Ukraynanın müdafiə ehtiyacları üçün ayrılan ümumi məbləği 2 milyard avroya çatdırıb.
"Unikal" xəbər verir ki, bu barədə Avropa Şurasının saytında məlumat verilib.
“Sabahın tarixi bu gün, Ukraynada döyüş meydanlarında yazılır. Bu 500 milyon avro ilə Aİ artıq Ukrayna Silahlı Qüvvələrinə Aİ üzvü olan ölkələrdən hərbi texnikanın tədarükünü dəstəkləmək üçün ümumilikdə 2 milyard avro ayırıb. Bu dəstək Avropanın Ukraynaya özünü müdafiə etmək səylərinin yalnız bir hissəsidir. Aİ və ona üzv dövlətlər bu istiqamətdə davam etməkdə qərarlıdırlar. Biz bunu müharibənin əvvəlindən edirik və sona qədər də davam etdirəcəyik”, - deyə Aİ-nin ali nümayəndəsi Cozef Borrel bildirib.