Soyuq müharibə dövründə ABŞ-ın xarici siyasətinin formalaşmasında mühüm rol oynamış ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer İsveçrənin Davos şəhərində davam edən Dünya İqtisadi Forumunun (WEF) toplantılarına qatılıb.
"Unikal" xəbər verir ki, 98 yaşlı Nobel Sülh Mükafatı laureatı Kissincer Rusiya-Ukrayna müharibəsi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Ukraynanın Rusiyanın şərtlərini qəbul etməli olduğunu dilə gətirən Kissincer Qərbin də Rusiyanı sarsıdıcı məğlubiyyətlə məğlub etmək cəhdindən əl çəkməli olduğunu bildirib.
"Ukrayna və Rusiya çaşqınlıq və gərginlik yaratmadan danışıqlara başlamalıdırlar. Bu andan etibarən müharibənin davam etdirilməsi Ukraynanın azadlığı ilə bağlı deyil, Rusiyaya qarşı yeni müharibənin alovlanması ilə bağlı olacaq".
Rusiyanın 400 ildən artıqdır ki, “Avropanın əsas hissəsi” olduğunu dilə gətirən Kissincer, Avropa liderlərinin Rusiya ilə uzunmüddətli əlaqələri nəzərdən qaçırmamalı olduğunu söyləyib.
Gülayə Mecid