Ekspertlər regionda gərginliyin artdığını vurğulayır və Rusiyanın cavabını gözləyirlər.
Məlum olub ki, Finlandiya hakimiyyəti Rusiya ilə birgə sərhəddə ağır hərbi texnika yerləşdirmək qərarına gəlib.
"Unikal" avia.pro saytına istinadən xəbər verir ki, Finlandiya Silahlı Qüvvələrinin bölmələri yerdəyişmə həyata keçirərək sərhəddə cəmləşiblər.
Ağır hərbi texnikaya onlarla artilleriya özüyeriyən silahlar, tanklar və zirehli transportyorlar, piyadaların döyüş maşınları və yüngül zirehli texnika daxildir.
Bölgəyə silahlar dəmir yolu ilə çatdırılıb.
İnternetdə qoşunların hərəkətini göstərən fotolar peyda olub.
Görüntülərdə canlı qüvvənin əhəmiyyətli bir hissəsinin köçürülməsi ilə müşayiət olunan 155 mm-lik özüyeriyən silahlar, K9 Thunder artilleriya qurğuları, Leopard tankları, hərbi yük maşınları və traktorlar əks olunub.
Nəşr qeyd edir ki, bu cür qərarlar regionda gərginliyə səbəb ola bilər.
Ramil Zeynallı