Rusiyada Boloniya təhsil sistemi ləğv olunacaq.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, müvafiq qərarı ölkənin Elm və Təhsil Nazirliyi qəbul edib.
Qurumdan bildirilib ki, nazirlik özünəməxsus yeni təhsil sistemi hazırlayacaq.
Qeyd edək ki, Boloniya təhsil sistemi beynəlxalq standart kimi qəbul olunur. O, ali təhsilin iki səviyyəsindən - bakalavriat (4 il) və magistraturadan (2 il) ibarətdir. Rusiyada bu sistem 2003-cü ildən tətbiq olunub.