Donbasın Rusiya hərbçiləri tərəfində atəşə tutulması nəticəsində azı 14 dinc sakin həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Birləşmiş Qüvvələr qruplaşmasından məlumat verilib.
Qeyd olunub ki, atəş nəticəsində 60-dan çox mülki obyekt, o cümlədən 50 yaşayış binası, xəstəxana, zavod, dəmir yolu vağzalı, tikinti bazası, ticarət mərkəzi, polis idarəsi, prokurorluğun binası, elektrik yarımstansiyası və qaraj kooperativi dağıdılıb və zədələnib.