Taksi sürücüləri "Bolt" şirkətini boykot edir.
"Unikal" xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, taksi sürücüləri deyir ki, bu, boykotun 1-ci mərhələsidir.
"Bu gün (27 may) axşam saat 17:00-19:00 arası bütün "Bolt" sürücüləri hamı birdən proqramı bağlayaraq şirkəti boykot edəcəyik. 2 saat aralığında vaxtı ona görə qoymuşuq ki, bütün gücümüzü 2 saat vaxta sərf edib daha çox effektiv olaq. Bu saat aralığı növbəti günlərdə daha da çoxaldılacaq, o vaxta qədər ki, "Bolt" məcbur qalıb bizim tələbləri yerinə yetirəcək", - taksi sürücüləri bildirib.
Boykota qoşulan taksi sürücüləri komissiyanın azaldılması və minimal qiymətin 2.40 manatdan başlamasını tələb edir.
Qeyd edək ki, onlar bundan əlavə daha 11 tələb irəli sürüb.
Ağarza Elçinoğlu