Xəbər verdiyimiz kimi, ömürlük azadlıqdan məhrum edilmiş iş adamı Şəmsi Səmədzadə 22 il sonra əfv edilib.
"Unikal" xəbər verir ki, o, az öncə saxlanıldığı cəzaçəkmə müəssisəsindən buraxılıb. Ş.Səmədzadəyə müvafiq arayış təqdim olunduqdan sonra evinə yola salınıb.
Qeyd edək ki, Şəmsi Səmədzadə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2000-ci il 29 dekabr tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.