Ötən gün Xorvatiyada radarlardan itmiş Cessna idman təyyarəsinin qalıqları tapılıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin mülki müdafiə idarəsinin məlumatına görə, göyərtədə olanların hamısı həlak olub.

Qeyd edək ki, Xorvatiyanın uçuşlara nəzarət xidməti bazar günü göyərtəsində dörd nəfərin olduğu idman təyyarəsinin yerli vaxtla saat 11:45-də (Bakı vaxtı ilə 13:45) radarlardan itdiyi barədə məlumat yaymışdı.