Ukraynanın Xerson şəhərindəki qondarma rusiyapərəst administrasiya Rusiyaya taxıl ixracına başladıqlarını açıqlayıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya ordusunun nəzarətində olan qondarma administrasiyanın Xersondakı nümayəndəsi Kiril Stremousov məlumat yayıb.
Şəhərdə xeyli taxıl olduğunu bildirən Stremousov, “Bizim taxıl saxlamaq üçün yerimiz var, amma çoxlu taxıl var. İnsanlar indi Rusiyadakı alıcılara taxıl ixrac etməyə başlayırlar”, - deyə ifadə verib.
Stremousov bildirib ki, Rusiyadakı emal müəssisələrinə rayondan günəbaxan toxumlarının tədarükü üzərində də işləyirlər.