İyunun 5-i saat 08 radələrində Beyləqan rayonu Mayak qəsəbəsi ərazisində 1987-ci il təvəllüdlü Bəhruz Tağıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Beyləqan rayon prokurorluğundan "Unikal"-a verilən xəbərə görə, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1962-ci il təvəllüdlü Arif Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahdan iki dəfə atəş açaraq Bəhruz Tağıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Arif Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir