Əli Babayev xəstəxanada dünyasını dəyişib.
“Unikal” xəbər verir ki, Biləsuvar rayonunun keçmiş icra başçısı Əli Babayev bir müdət bundan öncə insult keçirib. Bakıda xəstəxanalardan birinə yerləşdirilən Ə. Babayev aparılan müalicə tədbirlərinə baxmayaraq vəfat edib.
Qeyd edək ki, Ə.Babayev 1994-2002-ci illərdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı işləyib.