İranda ötən sutka ərzində 56 nəfər koronavirusa (COVID-19) yoluxub, 6 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 141 349 nəfər, yoluxanların sayı isə 7,23 milyonu ötüb. Virus daşıyıcılarından 383 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 7,05 milyondan çox şəxs koronavirusdan sağalıb, 52,4 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 150 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,5 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 57,9 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 27,6 milyon təşkil edir.