Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və İtaliyanın baş naziri Mario Draqi cümə axşamı, iyunun 16-da Ukraynaya səfər edəcəklər.
"Unikal" xəbər verir ki, bu barədə İtaliyanın “La Stampa” qəzeti məlumat yayıb.
Üç Aİ ölkəsinin liderlərinin birgə səfəri G7 və NATO sammitləri öncəsi baş tutacaq. KİV-in məlumatına görə, bu yolla onlar Aİ-nin üç ən böyük ölkəsinin Ukrayna prezidenti Vladimir Zelenskiyə dəstəyini qeyd etmək niyyətindədirlər.
Gülayə Mecid