Kadırovçuların komandiri bu yaxınlarda Ukraynada gedən müharibə zamanı məhv edilib.

"Unikal" xəbər verir ki,  bunu Ukrayna Silahlı Qüvvələrinin polkovniki, bloqqer Anatoli Stefan (Ştirlitz) yerli KİV-lərdən birinə açıqlamasında deyib. 

"Deyə bilərəm ki, kadırovçular əsgər deyillər. Onlar yalnız TikTok üçün videolar çəkirlər. Onlar qoşunların qabağına getmirlər - onlar həmişə könüllü birləşmələrin və Rusiya Federasiyası nizami qoşunlarının bölmələrinin arxasında hərəkət edirlər", - o bildirib.  

Gülayə Mecid