Braziliyada araşdırma aparan 57 yaşlı britaniyalı jurnalist Dom Phillips və tədqiqatçı Bruno Pereyra keçən həftə Amazonas əyalətinin Javari bölgəsində yoxa çıxıblar və onlardan bir daha xəbər alınmayıb.
"Unikal" xəbər verir ki, bölgədə günlərlə davam edən axtarış-xilasetmə işlərindən sonra bu gün iki nəfərin cəsədi tapılıb. Səlahiyyətlilər bildirdilər ki, Phillips və Pereyranın cəsədləri hələ də məhkəmə-tibbi araşdırmalardan keçməyib.
Araşdırmalar davam edir.
Gülayə Mecid