Türkiyənin paytaxtı Ankarada güclü yağışlar davam edir.
"Unikal" xəbər verir ki, Ankaranın Altındağ rayonunda sel sularında batan daha bir vətəndaşın meyiti tapılıb. Onun axtarışları 2 gün davam edib.
Beləliklə, son bir həftədə yaşanan sel fəlakətində həyatını itirənlərin sayı 4-ə yüksəlib.