Türkiyənin Diyarbəkir bölgəsində güclü yanğın baş verib.

"Unikal" xəbər verir ki, yanğın məşhur "Lila" kosmetika fabrikində qeydə alınıb.

Hadisə nəticəsində fabrikinin işçiləri tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.  

Məlumata görə, fabrikin da 550 işçisi var. Ərazidə xilasetmə işləri davam etdirilir.