Rusiya hakimiyyəti Ukraynaya genişmiqyaslı hərbi müdaxilənin yaratdığı problemlərin ciddiliyini etiraf edib.
"Unikal" xəbər verir ki, bunu Kremlin TASS agentliyinə müsahibəsində Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
Jurnalistin Rusiya iqtisadiyyatının çətin dövrləri ilə bağlı sözlərini şərh edən Peskov "Vəziyyət asan deyil, daha doğrusu, bu görünməmiş iqtisadi müharibə baxımından çətin kimi qələmə vermək olar", - deyə cavab verib.
Eyni zamanda, Putinin sözçüsü hətta "çətin situasiyalarda"da müsbət nəticə tapmağa çalışıb. Peskov bildirib ki, Qərbin sanksiyalarından sonra Rusiya Şərqə istiqamətini dəyişəcək və İndoneziya və Filippinlə əməkdaşlıq edəcək.
Gülayə Mecid