Meksikalı siyasətçi Daniel Pikazo uşaq alveri iddiası ilə Meksikanın Puebla şəhərində yandırılaraq öldürülüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Pikazo 200 nəfərlik böyük qrup tərəfindən döyülərək linç edilib.
Hadisə yerinə gələn bir çox polis qrupu hücumçuları dayandırmağa çalışsa da, təcavüzkarlar Pikazonun üzərinə benzin tökərək yandırıblar. Hadisədən sonra Pikazonun cənazəsi səlahiyyətlilər tərəfindən götürülüb, ailəsi və dostları tərəfindən dəfn mərasimi keçirilib.
Gülayə Mecid