Əfqanıstanda Taliban bütün ölkəyə nəzarəti ələ keçirdikdən sonra bir çox ölkə Taliban administrasiyasını tanımamaq qərarına gəlib. Rusiyanın da Talibanı tanıya biləcəkləri güman edilir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov məlumat verib.
Kabulov Rusiyanın Talibanla bağlı narahatlığının azaldığını deyərək Əfqanıstanda hakimiyyəti ələ keçirmiş Talibanı tanıya biləcəklərini vurğulayıb:-
"Belə bir ehtimal mütləq var. Bunu həm Rusiya Prezidenti Vladimir Putin, həm də Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ümumiləşdirir. Atılan ilk addımlar üçün inklüziv hökumət qurulmalıdır. Onsuz da bunu gizlətmirik. Bu, əfqan tərəfdaşlarımıza yazılı şəkildə çatdırılacaq. Bu qərar üçün ABŞ və ya digər ölkələrin mövqelərinə baxmayacağıq".
Kabulov "Taliban"ın artıq Mərkəzi Asiya üçün təhlükə olmadığını deyib:
"Hazırda Əfqanıstanda hökmranlıq edən Taliban hərəkatı artıq Mərkəzi Asiya üçün təhlükə yaratmır. Ən azından, Taliban ilə yaxşı inkişaf etmiş uzunmüddətli siyasi və diplomatik əlaqələri var”.