İran və Türkiyə xarici işlər nazirlərinin telefon danışığı zamanı Çavuşoğlu Əmir Abdullahiyanı Türkiyəyə dəvət edib.
"Unikal" xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahiyan və Türkiyə Respublikasının Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ilə telefon danışığında ikitərəfli münasibətlərdəki son hadisələr müzakirə olunub.
Sözügedən telefon danışığında Türkiyənin xarici işlər naziri Çavuşoğlu iranlı həmkarını ikitərəfli görüşlər üçün Türkiyəyə dəvət edib.
Gültəkin ƏLƏSGƏR