Antaliyanın Korkutəli mahalında turist avtobusu ağır qəza törədib.
"Unikal" xəbər verir ki, yağış səbəbindən sürüşkən yolda sürücünün sükan hakimiyyətini itirməsi nəticəsində turistlərin daşındığı mikroavtobus orta diskə çırpılıb.
Qəzada aşmış mikroavtobusda olan turistlərdən 1-i həyatını itirib, 20 turist, 2 bələdçi və nəqliyyat vasitəsinin sürücüsü yaralanıb.
Avtobusda 5 fərqli ölkənin vətəndaşları olub. Ölən şəxsin əcnəbilərdən biri olduğu qeyd edilib.