Gürcüstan prezidenti Salome Zurabişvili vətəndaşları Tbilisidə, Avropa meydanında keçiriləcək mitinqə gəlməyə çağırıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, o ölkənin Avropaya inteqrasiyası siyasəti kursunun dəstəklənməsi üçün vətəndaşları iyunun 16-da Tbilisidə, Avropa meydanında keçiriləcək mitinqə gəlməyə çağırıb.
“İyunun 16-da sizi Avropa Meydanına və Rike Parkın yaxınlığında toplaşmağa dəvət edirəm. Gəlin bir-birimizin gözünün içinə baxaq və Avropaya inteqrasiya yolunda özümüzü, birliyimizi, iradəmizi göstərək”,- deyə Zurabişvili bildirib.
O, həmçinin müxalifəti ölkədə baş verənlərlə bağlı Aİ-yə yanlış məlumat göndərməkdə ittiham edib. Zurabişvili bir daha bütün tərəfləri birliyə çağırıb.