Ukraynanın Rusiyanın hücumuna qarşı tab gətirə bilmək üçün NATO ölkələrindən daha çox ağır silahlar almalıdır.
"Unikal" xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq Alyansın 7 ölkəsi ilə keçirilən iclasdan sonra deyib.
"Ukrayna daha çox ağır silahlar almalıdır. NATO müttəfiqləri və tərəfdaşları bu cür silahlar veriblər və bu səyləri gücləndirirlər. İyunun 15-də NATO-nun mənzil-qərargahında Ukraynaya dəstək üzrə təmas qrupu çərçivəsində görüş keçiriləcək. Bu qrup NATO müttəfiqlərinin və tərəfdaşlarının Ukraynaya müxtəlif növ silah və hərbi texnika, o cümlədən ağır silahlarla təmin edilməsində səylərini koordinasiya etmək üçün mütəmadi olaraq toplaşır”, - deyə Stoltenberq bildirib.
O xatırladıb ki, NATO müttəfiqləri uzun illərdir Ukraynaya dəstək verir. Baş katib müharibənin necə bitəcəyi haqqında proqnoz verməyin çətin olacağını deyib.