Bu gün futbol üzrə UEFA Konfrans Liqasında ikinci təsnifat mərhələsinin püşkü atılıb.
"Unikal" xəbər verir ki, Azərbaycan təmsilçilərindən “Neftçi”, “Zirə” və “Qəbələ”nin də rəqibləri bəlli olub.
Püşkatma zamanı “Neftçi” səpələnmiş, digər iki komanda səpələnməmişlər səbətində yer alıb.
Püşkə əsasən, "Neftçi" Kiprin "Aris", "Zirə" İsrailin "Makkabi Təl-Əviv", "Qəbələ" isə Macarıstanın “Fehervar” komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasında ikinci təsnifat mərhələsinin oyunları iyulun 21-28-də keçiriləcək.