"Azərbaycan bərpaolunan enerji sahəsində ciddi işlər görür və bu istiqamətdə ölkənin böyük potensialı var. Həmçinin enerji resursları məsələsində inteqrasiyaya önəm verir".
"Unikal" xəbər verir ki, bunu Bolqarıstanın keçmiş Prezidenti Rosen Plevneliev deyib. O bildirib ki, Azərbaycan enerji resurslarının diversifikasiyası istiqamətində ciddi işlər görür.
"Bu gün Azərbaycan Avropa İttifaqının, yüz milyonlarla insanın enerji təhlükəsizliyində rol oynayır. Buna görə biz Azərbaycana təşəkkür edirik".